Prezident: “Abşeron” qaz-kondensat yatağından ilkin qazın çıxarılması çox əhəmiyyətli hadisədir”

Baxış sayı: 704 dəfə baxılıb.

Prezident: “Abşeron” qaz-kondensat yatağından ilkin qazın çıxarılması çox
əhəmiyyətli hadisədir”

“Bu günlərdə “Abşeron” qaz-kondensat yatağından ilkin qazın çıxarılması
doğrudan da çox əhəmiyyətli hadisədir. Çünki bu günə qədər bizim ixracla bağlı
əsas qaz resursumuz “Şahdəniz” qaz-kondensat yatağı idi”.

AZƏRTAC

xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentiİlham Əliyev 2023-cü ilin 6
ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib.

Dövlətimizin başçısı bildirib: “Abşeron” qaz yatağı ilə bağlı bizim
ümidlərimiz böyük idi. Bilirdik ki, “Abşeron” qaz-kondensat yatağı böyük
ehtiyatları özündə ehtiva edir. Bir neçə gün bundan əvvəl mənə məlumat verildi
ki, ilkin qaz hasil edildi, debitlər də çox yaxşıdır. Hətta bir quyudan
“Şahdəniz” qaz yatağından da daha çox qaz və kondensat hasil edilir. …Bu,
bizim həm enerji təhlükəsizliyimizi daha yüksək səviyyədə təmin edəcək, həm də
ixraca gedən qazın həcmi ildən-ilə artacaq – təkcə “Şahdəniz” yatağı hesabına
deyil, o cümlədən “Abşeron” yatağı hesabına”.

Source link