9afa8532-6f88-4bba-8366-666593ca3c18..jpg

Prezident: “Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq”

Baxış sayı: 519 dəfə baxılıb.

Prezident: “Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi
planlaşdırırıq”

“Biz yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar
prosesindəyik. Eyni zamanda, Slovakiya “Həmrəylik Halqası”nın üzvü kimi, əminəm
ki, yaxın vaxtlarda enerji sahəsində tərəfdaşımıza çevriləcək”.

AZƏRTAC

xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev
Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ
(Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət
Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma
Memorandumu”nun imzalanması mərasimində söyləyib.

Azərbaycanın qaz təchizatının coğrafiyasını ən azı 10 ölkəyə qədər
genişləndirəcəyini deyən dövlətimizin başçısı bildirib: “Mən “ən azı” ona görə
deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında
fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq”.

Source link