a5d998f6-9203-4f3b-ba3e-8bcb5bd14986..jpg

Prezident: “Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya işlərini hər hansı vasitəçi olmadan aparır”

Baxış sayı: 548 dəfə baxılıb.

Prezident: “Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya işlərini hər
hansı vasitəçi olmadan aparır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır. Mən
burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı
vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir, bizə vasitəçi lazım deyil,
xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək
istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək
istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər”.

AZƏRTAC

xəbər verir ki, bu fikri Azərbaycan Prezidentiİlham Əliyev mayın 1-də Bakıda
işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında
deyib.

“Biz Cənubi Qafqazda bunun baş verməsinə imkan verməyəcəyik. Otuzillik
toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda
sülh istəyirik. Sülh bu bölgədə yalnız Azərbaycan ilə Ermənistan arasında
normallaşma vasitəsilə əldə oluna bilər”, – deyə dövlətimizin başçısı bildirib.

Source link