“Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm daha böyük coğrafiyada
önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək”.
AZƏRTAC
xəbər verir ki, bu barədə Prezidentİlham Əliyev oktyabrın 4-də Cəbrayıl
şəhərində sakinlərlə görüşdə deyib.
Buna şübhə etmədiyini bildirən dövlətimizin başçısı qeyd edib:
“Əminəm, bizim siyasətimiz bunu diktə edir, bizim potensialımız bunu göstərir.
Bizim gücümüz – siyasi çəkimiz, iqtisadi qüdrətimiz, hərbi gücümüz ildən-ilə
ancaq artacaq. Bunu mən tam əminliklə deyirəm”.