4538876d-e18f-47d7-bb97-67119a0314f1..jpg

Prezident: “Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Anqolanın dəstəyi yüksək qiymətləndirilir”

Baxış sayı: 1. 741 dəfə baxılıb.

Prezident: “Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Anqolanın
dəstəyi yüksək qiymətləndirilir”

“Anqola ilə Azərbaycan arasında siyasi əlaqələr yaxşı səviyyədədir,
iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığımızın inkişaf etdirilməsi üçün
böyük imkanlar mövcuddur. Xüsusən energetika sahəsində daha geniş əməkdaşlıq
imkanları var”.

AZƏRTAC

xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Anqola Respublikasının
ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Auqusto da Silva
Kunhanın etimadnaməsini qəbul edərkən bildirib.

Prezident ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Anqolanın
göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini bildirib. Azərbaycanın
Qoşulmama Hərəkatına sədrlik edən ölkənin rotasiya qaydasında BMT Təhlükəsizlik
Şurasının daimi üzvü olması təşəbbüsü ilə çıxış etdiyini diqqətə çatdıran
dövlətimizin başçısı hərəkata üzv dövlətlər arasında bununla bağlı
məsləhətləşmələr aparılmasının vacibliyini vurğulayıb.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi qəbul edərkən təşkilata üzv
dövlətlərin problemlərinin gündəlikdə saxlanılacağını xüsusi qeyd etdiyini
xatırladan Prezident İlham Əliyev deyib ki, dövlətimiz bu məsələyə mühüm
əhəmiyyət verir.

Source link