Prezident Azərbaycanla Özbəkistan arasında imzalanan sənədi təsdiqləyib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası
Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan
İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə
dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Qanunu
təsdiqləyib.
Bu barədə AZƏRTAC
məlumat verib.
Sazişin adında “Azərbaycan-Özbəkistan İnvestisiya Fondu” sözləri
“Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (“Fondu”)” sözləri ilə əvəz edilib.