239e2177-21e3-475c-9353-0e07b8db183e..jpg

Prezident “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib – YENİLƏNİB + FOTO

Baxış sayı: 762 dəfə baxılıb.

Prezident “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını
edib – YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də “Azərişıq”
ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.

AZƏRTAC xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar
Əhmədov dövlətimizin başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Salyan şəhərində yaradılan Rəqəmsal İdarəetmə Mərkəzi
vasitəsilə dispetçer idarəetmə sistemi ilə aşağı gərginlikli şəbəkələr
tərəfindən elektrik enerjisinin son istehlakçıyadək çatdırılması nəzarətdə
saxlanılır. Eyni zamanda, 110, 35, 10-6 və 0,4 kV-luq şəbəkələrin real vaxt
rejimində güc imkanlarının qiymətləndirilməsi, zəruri hallarda digər mənbələrə
yönləndirilməsi və rəqəmsal hesabat sisteminin qurulması ilə abonent məmnunluğu
təmin olunur.

Qeyd edildi ki, rayonun elektrik enerjisinə artan tələbatının qarşılanması,
habelə fasiləsiz, dayanıqlı və etibarlı enerji təchizatının təmin edilməsi və
həmin prosesin daimi nəzarətdə saxlanılması məqsədilə 110/35/10 kV-luq
“Qaraqaşlı” və 110/35/6 kV-luq “Şorsulu”, 35/10 kV-luq 12, 35/6 kV-luq 14 və
35/0.4 kV-luq 12 yarımstansiyanın Rəqəmsal İdarəetmə Mərkəzinə inteqrasiya
olunması həyata keçirilir.

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzini
işə saldı.

Diqqətə çatdırıldı ki, şəbəkələrin texniki parametrlərinin mütəmadi monitorinq
edilməsi, o cümlədən qeyri-balans, texniki itki və ya qəza hallarında elektron
xəritədə dərhal problemin yerinin koordinatları müəyyən edilir, SMS-xəbərdarlıq
xidməti ilə “199 Çağrı Mərkəzi” və qəza xidmətlərinə məlumat ötürülür. Bununla
da elektrik enerjisinin verilməsində yaranan fasilələrin qısa müddətdə aradan
qaldırılması və istehlakçıların məmnunluğu təmin edilir.

Qeyd edək ki, ümumi qoyuluş gücü 40-50 MVt olan Salyan rayonunun paylayıcı
şəbəkələri vasitəsilə 33 min 331 abonentə (31 min 182 əhali, 2 min 149
qeyri-əhali) xidmət göstərilir.

Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin dispetçer sistemi həm mərkəzləşdirilmiş,
həm də müstəqil funksional rejimlərdə istismar imkanına malikdir.

Diqqətə çatdırılıb ki, gələcəkdə belə Rəqəmsal İdarəetmə mərkəzləri vasitəsilə
bərpaolunan enerji mənbələrinin iş rejimlərinin izlənməsi də nəzərdə tutulur.

13:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də “Azərişıq”
ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.

Bu barədə AZƏRTAC

xəbər verir.

Source link