c13a5e48-1856-4a53-864f-132d17161024..jpg

Prezident: “Bərpa olunan enerji sahəsində alman şirkətləri ilə də əməkdaşlıq üçün böyük imkanlar var”

Baxış sayı: 3. 766 dəfə baxılıb.

Prezident: “Bərpa olunan enerji sahəsində alman şirkətləri ilə də əməkdaşlıq
üçün böyük imkanlar var”

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”
çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişafı üçün strateji prioritetlər
müəyyənləşdirilib, bu sahədə alman şirkətləri ilə əməkdaşlıq üçün geniş
imkanlar mövcuddur”.

AZƏRTAC

xəbər verir ki, bu fikirləri Prezidentİlham Əliyev Münhenə səfəri çərçivəsində
Almaniya Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə
görüşündə söyləyib.

Dövlətimizin başçısı Azərbaycanda bərpa olunan enerjinin inkişafı məqsədilə
həyata keçirilən layihələri, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji
sahəsində tərəfdaşlığı qeyd edib, Avropa Komissiyasının Prezidenti xanım Ursula
Fon der Lyayenin iştirakı ilə ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında
enerji sahəsində imzalanmış strateji sənədin əhəmiyyətini vurğulayıb.

Həm Xəzər dənizinin Azərbaycan sektorunda, həm də quruda böyük həcmdə bərpa
olunan enerji potensialına malik olduğunu diqqətə çatdıran Prezident İlham
Əliyev Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində bu layihənin inkişafı
istiqamətində tədbirlərin həyata keçirildiyini deyib. Bildirib ki, alman
şirkətləri ilə də bu sahədə əməkdaşlıq üçün böyük imkanlar var.

Source link