Bakının bəzi yollarının yenidən qurulmasına pul ayrıldı

Bakının bəzi yollarının yenidən qurulmasına pul ayrıldı

Baxış sayı: 2. 767 dəfə baxılıb.

Azərbaycan prezidenti İlham Əliyev Sabunçu rayonunun Maştağa–Nardaran avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

ÇıxışYolu.Com xəbər verir ki, sərəncama əsasən, altmış üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Maştağa–Nardaran avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,5 milyon (doqquz milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

www.ÇıxışYolu.Com