Prezident: “Bu günlərdə Malıbəyli məscidinin dağıdılması və tövlə kimi
istifadə edilməsi faktı aşkarlanıb”
“Otuz illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri
əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən islam dininə aid bütün abidələrə
qəsdən vurulmuş ziyandır. Əfsuslar olsun ki, bu dövrdə 67 məsciddən 65-i yerlə
bir edilib, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz
əməllər törədilib. Bu günlərdə daha bir məscidin – Malıbəyli məscidinin
dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilib”.
AZƏRTAC
xəbər verir ki, bu barədə Prezidentİlham Əliyev Şuşada keçirilən İqtisadi
Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına
ünvanladığı müraciətdə bildirib.
“Bütün bunlar təkcə azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının
hisslərinin təhqir olunması deməkdir”, – deyə Prezident İlham Əliyev
müraciətində vurğulayıb.