fd124ccc-c1ed-4c0f-bf7c-cddb60cdf917..jpg

Prezident: “Bu səfər Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlığı möhkəmləndirəcək”

Baxış sayı: 566 dəfə baxılıb.

Prezident: “Bu səfər Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında strateji
tərəfdaşlığı möhkəmləndirəcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Keçən ay Bakıda daha iki önəmli sənəd imzalanıb. Onlardan biri – Birləşmiş
Ərəb Əmirlikləri ilə Azərbaycan arasında imzalanmış sənəd – əsasında bir
milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaradıldı. İkinci
önəmli sənəd informasiya-kommunikasiya sektoruna aiddir”.

AZƏRTAC

xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə
geniş tərkibdə görüşündə söyləyib.

Birləşmiş Ərəb Əmirliklərinin Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın
rəhbərliyi ilə çox böyük uğurlara imza atdığını vurğulayan dövlətimizin başçısı
onun Azərbaycana səfərinin iki ölkənin strateji tərəfdaşlığını
möhkəmləndirəcəyinə, xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərini
daha da gücləndirəcəyinə əminliyini ifadə edib.

Source link