“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
President.az
bununla bağlı Prezidentİlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, qanuna 19.5-ci maddə əlavə edilir.
Həmin maddəyə əsasən, turizm və rekreasiya zonalarının ərazilərində
aşağıdakılar qadağan edilir:
1. kimya sənayesi, metallurgiya, nüvə energetikası ilə bağlı fəaliyyət;
2. iri sənaye müəssisələrinin, texnoloji avadanlıq və maşınqayırma sənayesi
müəssisələrinin fəaliyyəti;
3. tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin fəaliyyəti,
habelə bu məqsədlə qurğuların, poliqonların quraşdırılması ilə bağlı fəaliyyət;
4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası
Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə
təsirin qiymətləndirilməsi sənədi (ƏMTQ) tərtib edilmədən və həmin sənədin
dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə
ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin
dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının
müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət.