6d666794-4813-46b9-95cc-4928fcee09af..jpg

Prezident Daxili Qoşunların hərbçiləri ilə bağlı Fərman imzalayıb

Baxış sayı: 1. 171 dəfə baxılıb.

Prezident Daxili Qoşunların hərbçiləri ilə bağlı Fərman imzalayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının
aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.

Bu barədə President.az xəbər
verir.

Fərmanla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların
Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini
gücləndirmək məqsədilə onların aylıq vəzifə maaşları orta hesabla 20 faiz
artırılır.

Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə, zəruri
tədbirlərin görülməsi Daxili İşlər və Maliyyə Nazirliklərinə həvalə olunub.

Bu fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Source link