Prezident deputatların maaşını artırdı

Prezident deputatların maaşını artırdı

Baxış sayı: 2. 638 dəfə baxılıb.

Prezident deputatların maaşlarının artırılması barədə qanunu təsdiqləyib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

ÇıxışYolu.Com xəbər verir ki, sənədə əsasən, deputatların maaşı artırılıb.

Belə ki, Milli Məclis (MM) sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.

Dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq edilir.

www.ÇıxışYolu.Com