Prezident Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqlədi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilib.
President.az
bununla bağlı Prezidentİlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, məcəllənin 98-ci maddəsi üzrə aşağıdakı məzmunda 3-cü
hissə əlavə edilib:
“3. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən
edilmiş uşağı olan qadınlar (bu Məcəllənin 242-ci maddəsi nəzərə alınmaqla), üç
yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə
yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər”.
Bundan başqa, 242-ci maddə aşağıdakı redaksiyada verilib:
“Maddə 242. Qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq
işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin
məhdudlaşdırılması
1. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən
edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından
artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə
cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə
(hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın
həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol
verilir.
2. Bu maddənin 1-ci hissəsi 14 yaşınadək uşağı, həmçinin 18 yaşınadək əlilliyi
müəyyən edilmiş uşağı övladlığa götürən qadınlara da şamil edilir”.