16a8858d-47b3-4f19-adac-4d26c0738c72..jpg

Prezident: “Enerji layihələri Azərbaycan-Rumıniya tərəfdaşlığını gücləndirəcək”

Baxış sayı: 4. 199 dəfə baxılıb.

Prezident: “Enerji layihələri Azərbaycan-Rumıniya tərəfdaşlığını gücləndirəcək”

“Biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim
əməkdaşlığımızda mühüm mərhələdir. Lakin, birmənalı olaraq, biz
əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən
ticari işbirliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik”.

AZƏRTAC

xəbər verir ki, bu barədə Prezidentİlham Əliyev fevralın 2-də Rumıniya
Prezidenti Klaus Yohannis ilə geniş tərkibdə görüşdə çıxışında deyib.

Birgə iqtisadi komissiya ötən il görüşdüyünü və bu il görüşəcəyini vurğulayan
dövlətimizin başçısı bildirib: “Beləliklə, biz xüsusilə enerji gündəliyimizlə
bağlı əməkdaşlıq üçün geniş perspektivləri nəzərə alaraq, komissiyanın işini
intensivləşdirəcəyik. Bütün digər sahələrdə ölkələrimiz arasındakı əlaqələr çox
yaxşıdır. Əlbəttə ki, enerji layihələri tərəfdaşlığımızı gücləndirəcək”.

Source link