ebe2121c-04cb-46ec-8486-0b5fcaab8617..jpg

Prezident enerji resurslarından səmərəli istifadə ilə bağlı qaydaları təsdiq etdi

Baxış sayı: 530 dəfə baxılıb.

Prezident enerji resurslarından səmərəli istifadə ilə bağlı qaydaları təsdiq
etdi

Prezident İlham Əliyev “Enerji resurslarından səmərəli istifadə və enerji
effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın təsdiq
edilməsi haqqında Fərman imzalayıb.

Prezident.az -ın məlumatına görə,
fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi
haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20
avqust tarixli 1433 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində
dövlət nəzarətinin həyata keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur
).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 3.5-ci bəndində
nəzərdə tutulan hesabat formasını on beş gün müddətində təsdiq edib bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həlli etsin”.

Source link