4cb0ce65-d8c3-4743-8e8b-7691d6de6bad..jpg

Prezident: “Enerji satışından əldə olunan vəsaiti nəqliyyat infrastrukturuna yönəltmək üçün gərgin işləmişik”

Baxış sayı: 861 dəfə baxılıb.

Prezident: “Enerji satışından əldə olunan vəsaiti nəqliyyat infrastrukturuna
yönəltmək üçün gərgin işləmişik”

“Biz enerji satışından əldə etdiyimiz vəsaiti, yəni, neft və qaz gəlirlərini
nəqliyyat infrastrukturuna yönəltmək üçün çox gərgin işləmişik. Hazırda buna
demək olar ki, nail olunub. Buna, demək olar ki, bizdə olan və faktiki surətdə
infrastrukturumuzun tamamilə əhatə etdiyi proqnoza əsasən nail olunub”.

AZƏRTAC

xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev martın
13-də Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdə deyib.

Rusiya-Ukrayna müharibəsi nəticəsində Azərbaycanın nəqliyyat infrastrukturuna
tələbatın artdığını qeyd edən dövlətimizin başçısı bildirib:

“Ötən il tranzit yüklərimizdə 75 faizdən çox artım olub və hətta bizim
nisbətən yeni tikilmiş yükaşırma imkanı 15 milyon ton olan dəniz ticarət
limanında müəyyən tıxac yaranıb. Bir sözlə, biz çox ürəkdən çalışırıq və əlavə
maliyyə vəsaitlərini ayırırıq ki, dəniz limanımızın və dəmir yolu
infrastrukturunun imkanlarının artırılması baş tutsun. Əlbəttə ki, bütün bunlar
icra olunmalıdır. Təbii ki, ümidvarıq, Almaniya şirkətləri bu sahədə bizim
tərəfdaşlarımız olacaqlar”.

Source link