777b1384-ab6c-4af5-8f8f-cbedcf1aaac3..jpg

Prezident Ermənistan-Azərbaycan sərhədində sərhəd-buraxılış məntəqələrinin yaradılmasını təklif edib

Baxış sayı: 647 dəfə baxılıb.

Prezident Ermənistan-Azərbaycan sərhədində sərhəd-buraxılış məntəqələrinin
yaradılmasını təklif edib

“Avropa İttifaqı da bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik
ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana
qədər əminəm ki, bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl
çəkməyəcəklər. Bu gün də bunu çatdırmağa çalışdım”.

AZƏRTAC

xəbər verir ki, bu fikirləri Prezidentİlham Əliyev fevralın 18-də Münxendə
televiziya kanallarına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı deyib: “Eyni zamanda, bildirdim ki, yaxşı olar,
Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini
Ermənistan-Azərbaycan sərhədində yaratsınlar. Biz bu təklifi vermişik, bu gün
rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə
çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi”.

Source link