Prezident Gəncə Avtomobil Zavodunun əməkdaşlarını təltif etdi

Prezident Gəncə Avtomobil Zavodunun əməkdaşlarını təltif etdi

Baxış sayı: 2. 349 dəfə baxılıb.

Prezident İlham Əliyev “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, sərəncamda qeyd olunur ki, Azərbaycanda avtomobil sənayesinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

İsgəndərov Hümbət Rafiq oğlu
Qasımov Etibar Vilayət oğlu
Məmmədov Füzuli Ziyad oğlu
Səfərov Bəhlul Novruz oğlu

Dövlət başçısının digər sərəncamı ilə, Azərbaycan Respublikasında avtomobil sənayesinin inkişafında xidmətlərinə görə isə Kamran Qılman oğlu Nəzərova “Əməkdar mühəndis” fəxri adı verilib.

www.ÇıxışYolu.Com