65724dfd-2199-476d-87ce-0345bb57f990..jpg

Prezident: “Gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq”

Baxış sayı: 443 dəfə baxılıb.

Prezident: “Gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal
çalışırıq”

“Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına
malikdir”.

AZƏRTAC

xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də
Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət
görüşündə çıxışı zamanı bildirib.

“Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq,
biz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal
çalışırıq. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker
və quru yük daşıyan gəmilərin sayı bu gün ildə altı gəmidən 10-15 gəmiyə qədər
artacaq”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Source link