Prezident: “Həm Gürcüstanın, həm də Azərbaycanın çox böyük bərpa olunan enerji
potensialı var”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Biz yeni layihələr üzərində də işləyirik və onlardan biri yaşıl enerji
layihəsidir”.
AZƏRTAC
xəbər verir ki, bu barədə Prezidentİlham Əliyev martın 16-da Gürcüstanın Baş
naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında
bildirib.
Azərbaycanın və Gürcüstanın digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı
layihənin icrasına başladığını vurğulayan dövlətimizin başçısı deyib:
“Hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz
Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi
üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcək.
Buna da böyük tələbat var. Həm Gürcüstanın, həm də Azərbaycanın çox böyük bərpa
olunan enerji potensialı var”.