e55550fd-58ae-4e4d-81d4-894acdacaa27..jpg

Prezident İlham Əliyev Davosda “Fortesque Future Industries” şirkətinin sədri ilə görüşüb – YENİLƏNİB + FOTO

Baxış sayı: 1. 177 dəfə baxılıb.

Prezident İlham Əliyev Davosda “Fortesque Future Industries” şirkətinin sədri
ilə görüşüb – YENİLƏNİB + FOTO

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda
“Fortesque Future Industries” şirkətinin sədri Endrü Forest ilə görüşü olub.

AZƏRTAC

xəbər verir ki, görüşdə Azərbaycanın Energetika Nazirliyi ilə “Fortesque
Future Industries” şirkəti arasında ötən ay imzalanan memorandumda ölkəmizdə 12
min meqavat gücündə külək və günəş enerjisinin istehsalına dair layihənin
icrasının nəzərdə tutulduğu bildirildi. Eyni zamanda, Buxarestdə “Azərbaycan
Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl
enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında
Saziş”in imzalanmasının da önəmi vurğulandı. Azərbaycanda istehsal edilən yaşıl
enerjinin bu layihə vasitəsilə gələcəkdə Avropa bazarına çatdırılmasının
əhəmiyyəti qeyd olundu.

Söhbət zamanı Azərbaycanda hidrogen, o cümlədən yaşıl hidrogen istehsalına
dair layihənin icrasında da əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyəti
vurğulandı.

Bildirildi ki, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı
anlaşma memorandumları və sazişlər ölkəmizə 22 min meqavatadək külək və günəş
enerjisini istehsal etmək imkanı yaradacaq. Həmin enerjinin 12 min meqavatlıq
hissəsinin istehsalının SOCAR və “Fortesque Future Industries” şirkəti
tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin olduğu vurğulandı.

Görüşdə ölkəmizin bərpaolunan zəngin enerji potensialına malik olduğu qeyd
edildi, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

22:03

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda
“Fortesque Future Industries” şirkətinin sədri Endrü Forest ilə görüşü olub.

Bu barədə AZƏRTAC

məlumat yayıb.

Source link