3da2cc31-179c-46b5-bba0-63d662db9ffe..jpg

Prezident İlham Əliyev İqor Xovayevi qəbul edib – YENİLƏNİB

Baxış sayı: 676 dəfə baxılıb.

Prezident İlham Əliyev İqor Xovayevi qəbul edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya
Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul
edib.

AZƏRTAC

xəbər verir ki, dövlətimizin başçısı, ilk növbədə, Rusiya ilə Azərbaycan
arasında ikitərəfli əlaqələrə toxunaraq, əməkdaşlığımızın müxtəlif sahələrdə
uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıb. Yüksək səviyyəli qarşılıqlı
səfərlərin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev, həmçinin iki ölkənin
qanunverici orqanları səviyyəsində qarşılıqlı səfərlərin və əməkdaşlığın
əhəmiyyətinə toxunub.

Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması,
sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi
aparılıb.

İqor Xovayev regiona səfəri və Rusiyanın Ermənistan ilə Azərbaycan arasında
sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesinə dəstək vermək üçün
atdığı addımlar barədə məlumat verib.

12:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya
Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul
edib.

Bu barədə AZƏRTAC

məlumat verib.

Source link