dd78f103-f3a4-4b83-9e53-b111eebaa8b2..jpg

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 843 dəfə baxılıb.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb – YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 15-də Ankarada
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

AZƏRTAC

xəbər verir ki, Ankaradakı Prezident Sarayında dövlətimizin başçısının
şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi
qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Fövqəladə Zirvə görüşünün
məhz Türkiyədə keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidentinə aid olduğunu
deyən Türkiyənin dövlətinin başçısı bu təşəbbüsə görə təşəkkürünü bildirib.

Türk Dövlətləri Təşkilatının bu formatda keçirilən sammitlərinin əhəmiyyəti
qeyd edilib, Zirvə görüşünün Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin
aradan qaldırılması mövzusuna həsr olunmasının önəmi vurğulanıb.

Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra
ölkəmizin göstərdiyi qardaşlıq dəstəyini və nümayiş etdirdiyi həmrəyliyi bir
daha minnətdarlıqla xatırlayıb. Türkiyə Prezidenti Azərbaycandan olan
xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində səylərini, həmçinin təbii
fəlakətin nəticələrini aradan qaldırmaq üçün ölkəmizin humanitar yardımlarını
qeyd edib.

Zəlzələ ilə bağlı bir daha başsağlığını çatdıran Prezident İlham Əliyev təbii
fəlakətin Azərbaycan xalqını dərindən sarsıtdığını deyib.

Görüşdə ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin bir millət,
iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyi
vurğulanıb, siyasi, iqtisadi, ticarət, enerji, müdafiə, müdafiə sənayesi
sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və regional məsələlər
müzakirə olunub.

Həmçinin söhbət zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir
mübadiləsi aparılıb.

22:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 15-də Ankarada
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

AZƏRTAC

xəbər verir ki, Ankaradakı Prezident Sarayında dövlətimizin başçısının
şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi
qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdirdilər.

21:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 15-də Ankarada
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü başlayıb.

Bu barədə AZƏRTAC

məlumat yayıb.


Source link