229dcb6e-6877-42f2-a3a2-5a6049327fc6..jpg

Prezident İlham Əliyev Timor-Leste Prezidentinin Azərbaycana səfəri barədə danışdı

Baxış sayı: 3. 866 dəfə baxılıb.

Prezident İlham Əliyev Timor-Leste Prezidentinin Azərbaycana səfəri barədə
danışdı

“Tarixdə ilk dəfədir ki, Timor-Lestenin Prezidenti Azərbaycana səfər edir.
Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin, səmərəli əməkdaşlığın
və tərəfdaşlığımızın uğurlu davamını təmin edəcək mühüm addımdır”.

AZƏRTAC

xəbər verir ki, bu fikirləri Prezidentİlham Əliyev Timor-Leste Demokratik
Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşündə söyləyib.

Qoşulmama Hərəkatının bu yaxınlarda keçirilmiş Zirvə toplantısında ölkənizin
yüksək səviyyədə təmsil olunması ilə bağlı minnətdarlığını bildirən
dövlətimizin başçısı deyib:

“Bu toplantı olduqca uğurlu idi və üzv dövlətlər arasında həmrəyliyi bir daha
nümayiş etdirdi. Azərbaycanın sədrliyinə və bizim üzv dövlətlər arasında
əməkdaşlığın gücləndirilməsi və onların maraqlarının müdafiəsinə yönəlmiş
təşəbbüslərimizə verilən dəstəyə görə də minnətdarlıq bildirmək istərdim”.

Source link