6ee21538-f1aa-41be-909e-44adc11a8296..jpg

Prezident İlham Əliyevin Davosda Latviya Prezidenti ilə görüşü olub – YENİLƏNİB + FOTO

Baxış sayı: 822 dəfə baxılıb.

Prezident İlham Əliyevin Davosda Latviya Prezidenti ilə görüşü olub –
YENİLƏNİB + FOTO

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda
Latviya Respublikasının Prezidenti Egils Levits ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyev
Latviyaya səfərlərini məmnunluqla xatırlatdı və Prezident Egils Levitsi
Azərbaycana səfərə dəvət etdi.

Dəvəti minnətdarlıqla qəbul edən Prezident Egils Levits Azərbaycanın
Latviyanın çox önəmli tərəfdaşı olduğunu bildirdi.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinə də toxunuldu. Latviyanın
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrini daim dəstəklədiyi qeyd olundu.
Həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və qaza tələbatının
ödənilməsində oynadığı rol yüksək qiymətləndirildi. Azərbaycanın Avropa
İttifaqı ölkələrinə potensial elektrik enerjisi ixrac edən ölkə kimi
imkanlarının artacağı bildirildi, bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və
Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi ilə bağlı ötən ilin
dekabrında Buxarestdə imzalanan Sazişin əhəmiyyəti qeyd edildi.

Söhbət zamanı Azərbaycanın Orta Dəhlizdə yerləşən ölkə olaraq Mərkəzi Asiya
ilə Avropa İttifaqı arasında mühüm nəqliyyat daşımalarının həyata
keçirilməsində önəmli rolu vurğulandı.

Görüşdə Latviya ilə Azərbaycan arasında BMT və digər beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq məsələləri də qeyd olundu. Latviya Prezidenti
Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Sədri kimi
fəaliyyətini xüsusi qeyd etdi.

Prezident Egils Levits, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi
çərçivəsində bir sıra təşəbbüslərə imza atdığını bildirdi, xüsusilə COVID-19-a
qarşı mübarizə istiqamətində uğurlu fəaliyyətini vurğuladı.

22:13

Yanvarın 18-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Latviya Respublikasının Prezidenti Egils Levits ilə görüşü olub.

Bu barədə AZƏRTAC

məlumat yayıb.

Source link