d27105b5-bb74-4193-8098-f775a69b3da9..jpg

Prezident İlham Əliyevin yeni sərəncamı Naxçıvanda 265 nəfərə şamil olunacaq

Baxış sayı: 538 dəfə baxılıb.

Prezident İlham Əliyevin yeni sərəncamı Naxçıvanda 265 nəfərə şamil olunacaq

Prezident İlham Əliyevin yeni sərəncamı Naxçıvan Muxtar Respublikasında İkinci
Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən
ibarət 265 nəfərə şamil olunacaq.

Bu barədə “Report”un yerli bürosuna muxtar respublikanın Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə
əlaqədar Naxçıvan üzrə həmin müharibənin iştirakçısı olmuş dörd nəfərin hər
birinə 1 500 manat veriləcək. Bununla yanaşı, sözügedən sərəncamda nəzərdə
tutulan digər şəxslərdən ibarət 261 nəfərin hər birinə isə 750 manat birdəfəlik
maddi yardım veriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 26-da 1941-45-ci illərdə İkinci
Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat
etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və
medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında
sərəncam imzalayıb.

Sərəncama əsasən, ödənişlər İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə
nəzərdə tutulan digər şəxslərdən ibarət ümumilikdə 3 729 şəxsə şamil olunacaq.

Source link