Prezident İlham Əliyev: “Azərbaycan Konqoda bir çox investisiya layihələrində
iştirak etmək fikrindədir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək
fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində”.
AZƏRTAC
xəbər verir ki, bu fikirləri Prezidentİlham Əliyev Konqo Respublikasının
Prezidenti Deni Sassu-Nqesso ilə mətbuata bəyanatında səsləndirib.
“Bərpa olunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər
sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə
aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim
nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar”, – deyə dövlətimizin
başçısı diqqətə çatdırıb.