Prezident İlham Əliyev: “Azərbaycan və Özbəkistan arasında strateji
tərəfdaşlıq uğurla inkişaf edir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir.
Ötən il mən Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişəm. Hər
səfərimdə Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və
iqtisadi inkişafın şahidi oluram”.
AZƏRTAC
xəbər verir ki, bu barədə Azərbaycan Prezidentiİlham Əliyev Özbəkistanın
paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə
toplantısında çıxışında deyib.
Əldə olunmuş uğurlar münasibətilə Özbəkistan rəhbərliyini səmimi-qəlbdən
təbrik edən dövlətimizin başçısı bildirib:
“Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra
ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq
münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir”.