Prezident İlham Əliyev Bosniya və Herseqovinanın liderini təbrik edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin
Sədri Jelko Komşiçə təbrik məktubu ünvanlayıb.
Bu barədə President.az
verir.
Məktubda deyilir:
“Hörmətli cənab Sədr,
Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizə və bütün xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı
yetirirəm.
Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq və əməkdaşlıq
münasibətləri xoş ənənələrə malikdir. İnanıram ki, ikitərəfli
münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə
genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın
rifahına töhfələr verəcək.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə
müvəffəqiyyətlər, dost Bosniya və Herseqovina xalqına daim əmin-amanlıq və
rifah diləyirəm”.