deddf276-6966-4e91-9079-fc5fd95da2ce..jpg

Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib

Baxış sayı: 434 dəfə baxılıb.

Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu
qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Dünya
Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysı qəbul edib.

AZƏRTAC

xəbər verir ki, dövlətimizin başçısı Dünya Bankının Azərbaycan
iqtisadiyyatının modernləşdirilməsinə və şaxələndirilməsinə verdiyi dəstəyə
görə minnətdarlığını bildirib. Ötən illər ərzində əməkdaşlığın yüksək səviyyədə
olduğunu deyən Prezident İlham Əliyev gələcək konkret istiqamətlərin və
layihələrin müəyyənləşdirilməsinin önəmini vurğulayıb. Dövlətimizin başçısı
ölkəmizin uzun illər xarici borcun azaldılması istiqamətində səylər
göstərdiyini və artıq bu məqsədə nail olunduğunu qeyd edib.

Azərbaycanla artıq 30 ildir əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu
bildirən Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru deyib ki, bu gün
Azərbaycan əhəmiyyətli inkişafa nail olub və yüksək nəticələr əldə edib. Qonaq
bu inkişaf yolunda ölkəmizlə tərəfdaş olmaqdan məmnunluğunu ifadə edib.

Görüşdə Dünya Bankının Azərbaycanda mövcud fəaliyyət istiqamətləri, ölkəmizin
qarşısında duran və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlərə” uyğun olan yeni istiqamətlər və layihələr barədə müzakirələr
aparılıb.

Qeyd edilib ki, Azərbaycan ilə Dünya Bankı arasında əsas əməkdaşlıq sahələri
bərpa olunan enerji, yaşıl iqtisadiyyat və şəhərlər, nəqliyyat əlaqələndirməsi,
kənd təsərrüfatı və irriqasiya sahələrində həyata keçirilən layihələrlə
bağlıdır.

Source link