b623097b-deab-41e1-b136-9477ee400e7e..jpg

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib

Baxış sayı: 411 dəfə baxılıb.

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri
İrakli Kobaxidzeni təbrik edib.

AZƏRTAC

xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Baş nazir,

Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi
səmimi-qəlbdən təbrik edirəm.

Biz tarixən bir-birinə dostluq və mehriban qonşuluq telləri ilə bağlı olan
xalqlarımızın iradəsindən güc alan Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi
əhəmiyyət veririk. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası
münasibətlərimizin və əməkdaşlığımızın dinamik və hərtərəfli inkişaf edərək
bugünkü səviyyəyə yüksəlməsi və yeni məzmun kəsb etməsi bizi sevindirir.

Əminəm ki, sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Gürcüstan ənənəvi
dostluğu, qarşılıqlı faydalı əməkdaşlığı və strateji tərəfdaşlığı ölkələrimizin
rifahı, regionumuzun çiçəklənməsi naminə birgə səylərimizlə bundan sonra da
yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının əmin-amanlığı və
firavanlığı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər
arzulayıram”.

Source link