cb958b2b-9549-4e9b-8276-077c5e924b3a.webp

Prezident İlham Əliyev İspaniya kralını təbrik edib

Baxış sayı: 106 dəfə baxılıb.

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı əlahəzrət VI Felipeyə
təbrik məktubu ünvanlayıb.

Cixisyolu.com bildirir ki, bu barədə President.az
xəbər verir.

Məktubda deyilir:

“Əlahəzrət, İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin
simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən
səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost
İspaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Source link