d080cbf8-f708-4be8-8d93-e7032921355f..jpg

Prezident İlham Əliyev kubalı həmkarını təbrik edib

Baxış sayı: 388 dəfə baxılıb.

Prezident İlham Əliyev kubalı həmkarını təbrik edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 1-də kubalı həmkarı Migel
Dias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb.

Bu barədə President.az xəbər
verir.

Məktubda deyilir:

“Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin
simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik
edirəm.

Biz Azərbaycan-Kuba ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına
xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq
dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də
çoxtərəfli müstəvidə əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində
birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu xoş fürsətdən istifadə edərək Yeni, 2024-cü il münasibətilə də Sizə ən
səmimi təbriklərimi çatdırır, dost Kuba xalqına daim əmin-amanlıq və rifah
diləyirəm”.

Source link