Prezident İlham Əliyev Küveyt Əmirinin vəfatı ilə bağlı başsağlığı verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd
əl-Cabir əs-Sabaha məktub ünvanlayıb.
President.az
məktubda deyilir:
“Əlahəzrət,
Qardaşınız – Küveyt Dövlətinin Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın
vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, ailənizin bütün üzvlərinə,
Küveyt Dövlətinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin
hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”