Prezident İlham Əliyev Macarıstanın baş nazirini təbrik edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana təbrik məktubu
ünvanlayıb.
Bu barədə AZƏRTAC
xəbər verir.
Məktubda deyilir:
“Hörmətli cənab baş nazir, Macarıstanın milli bayramı münasibətilə Sizi və
bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Macarıstan arasında yüksəksəviyyəli dövlətlərarası əlaqələr və
uğurlu əməkdaşlıq məmnunluq doğurur. Möhkəm dostluğun və tərəfdaşlığın yaxşı
nümunəsi olan, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin
gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi olduqca sevindirir.
Ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində konstruktiv
qarşılıqlı fəaliyyətini və dəstəyini, aktual qlobal və regional məsələlərdə
oxşar mövqelərdən çıxış etməsini xüsusi qeyd etmək istərdim.
Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə ölkələrimiz
arasında genişlənmiş strateji tərəfdaşlığın, həm ikitərəfli qaydada, həm də
çoxtərəfli müstəvidə, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində
qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.
Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti
fəaliyyətinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah
arzulayıram”.