Prezident İlham Əliyev: “Ola bilər ki, cənab Borrel yuxular görür”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Hətta ermənilərin özləri etiraf edirlər ki, bu cür təcrübəli Avropa diplomatı
(Jozep Borrel – red.) yalan danışır. Deyirlər ki, Qarabağı 100 min insan tərk
edib, 150 min deyil. Yəni cənab Borrel bu tərzdə davam etsə, bir aydan sonra
200 min adam deyəcək. Ola bilər ki, cənab Borrel yuxular görür. Bu, tamamilə
qəbuledilməzdir. Bu, təkcə rəqəmlərlə bağlı manipulyasiya deyil, bu,
Azərbaycana qarşı ittihamlardır, bizim etmədiyimizlə bağlı ittihamdır”.
AZƏRTAC
xəbər verir ki, bu sözləri Prezidentİlham Əliyev dekabrın 6-da ADA
Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və
çətinliklər” mövzusuna həsr olunmuş beynəlxalq forumda çıxışı zamanı söyləyib.
“Bizim Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat verdi. Çox təəccüblüdür
ki, onun (Borrel – red.) öz ölkəsi separatçılıqdan əziyyət çəkir. Belə bir şəxs
separatçıları necə müdafiə edər? Bu, çox təəccüb doğurur”, – deyə dövlətimizin
başçısı vurğulayıb.