6d509e98-f401-4cc7-9a2f-2c08296c261a..jpg

Prezident İlham Əliyev rumıniyalı həmkarını təbrik edib

Baxış sayı: 407 dəfə baxılıb.

Prezident İlham Əliyev rumıniyalı həmkarını təbrik edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 1-də Rumıniyanın Prezidenti Klaus
Verner İohannisə təbrik məktubu ünvanlayıb.

Bu barədə President.az xəbər
verir.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizə və bütün
xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş
arzularımı çatdırıram.

Azərbaycan-Rumıniya münasibətləri xoş ənənələrə malikdir. Bu ənənələri özündə
bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı inkişaf
səviyyəsi və gündən-günə genişlənməsi məmnunluq doğurur.

Bu gün ölkələrimiz arasında əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın daha
da dərinləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur. İnanıram ki, son dövrdə
həyata keçirilən ali və yüksəksəviyyəli qarşılıqlı səfərlər, müntəzəm təmaslar
strateji tərəfdaşlığımızın möhkəmlənməsinə, siyasi, iqtisadi, enerji,
nəqliyyat, humanitar və digər sahələrdə birgə fəaliyyətimizin geniş
potensialından daha səmərəli istifadə olunmasına mühüm töhfə verəcək.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə
müvəffəqiyyətlər, dost Rumıniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Source link