c538b5ef-d605-4863-bf41-e7ded4e5d5f6..jpg

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib – FOTO

Baxış sayı: 341 dəfə baxılıb.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Səudiyyə
Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səudu
qəbul edib.

AZƏRTAC

xəbər verir ki, görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında
dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində
uğurla inkişaf etdiyi bildirilib.

Söhbət zamanı ölkələrimizin OPEC+ çərçivəsində əməkdaşlığının önəmi vurğulanıb.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığının aparıcı “ACWA Power” şirkəti
arasında ölkəmizdə bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlığın həyata
keçirildiyi qeyd edilib və bu sahədə yaxşı potensialın olduğu bildirilib.

Görüşdə COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunulub.

Source link