dd89ebd4-b13d-4541-a1de-ed263d959f00..jpg

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib – FOTO

Baxış sayı: 487 dəfə baxılıb.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının ölkəmizə yeni təyin olunmuş
səfirini qəbul edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Səudiyyə
Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri İssam bin Saleh əl-Cuteylinin etimadnaməsini qəbul edib.

AZƏRTAC

xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin və
ölkə rəhbərləri ilə arasında dostluq münasibətlərinin olduğunu qeyd edən
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərlərini məmnunluqla
xatırlayıb. Dövlətimizin başçısı bütün dövrlərdə – həm işğal zamanı, həm də
torpaqlarımızın işğaldan azad olunmasından sonrakı dövrdə Azərbaycanın ərazi
bütövlüyünün qorunması və bərpası məsələlərində Səudiyyə Ərəbistanı Krallığının
birmənalı şəkildə göstərdiyi mənəvi və siyasi dəstəyi bir daha yüksək
qiymətləndirib. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində
ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyinin ənənəvi xarakter aldığını
məmnunluqla qeyd edib.

İqtisadi əməkdaşlığa toxunan dövlətimizin başçısı enerji sahəsində yaxşı
nümunələrin olduğunu bildirərək, Səudiyyə Ərəbistanı şirkətinin Azərbaycanda bu
sahəyə böyük sərmayə qoymasının önəmini vurğulayıb. Dövlətimizin başçısı bütün
digər sahələrdə də əlaqələrimizin yüksək səviyyədə olduğunu deyib.

Səfir İssam bin Saleh əl-Cuteyli, ilk növbədə, İki Müqəddəs Ocağın Xadimi,
Kral Salman bin Əbdüləziz Al Səudun və Vəliəhd, Baş nazir Məhəmməd bin Salman
bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da
salamlarını İki Müqəddəs Ocağın Xadiminə və Vəliəhdə çatdırmağı xahiş edib.

Ölkəmizə səfir təyin olunmasından böyük şərəf hissi duyduğunu deyən İssam bin
Saleh əl-Cuteyli Azərbaycanın Səudiyyə Ərəbistanı üçün dost və qardaş ölkə
olduğunu vurğulayaraq, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə
bağlı konkret təlimatlar aldığını bildirib.

Source link