b68e6aa2-4ae5-4c43-9d46-396a683d16d1..jpg

Prezident İlham Əliyev Serbiya Milli Assambleyasının sədrini qəbul edib

Baxış sayı: 515 dəfə baxılıb.

Prezident İlham Əliyev Serbiya Milli Assambleyasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Serbiya
Respublikası Milli Assambleyasının sədri Vladimir Orliçi qəbul edib.

AZƏRTAC

xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında dostluq əlaqələrinin
zəngin tarixə malik olduğunu deyərək bunun qarşılıqlı dəstəyə əsaslanan
münasibətlərimizin inkişafı üçün yaxşı zəmin yaratdığını bildirib, Serbiyaya
səfərini məmnunluqla xatırlayıb.

İqtisadi sahədə əlaqələrə toxunan Prezident İlham Əliyev investisiya, enerji,
sənaye sahələri ilə bağlı fəal əməkdaşlığın həyata keçirildiyini deyib.
Dövlətimizin başçısı münasibətlərimizin inkişafında parlamentlərarası
əlaqələrin də önəmini qeyd edib.

Azərbaycan Prezidenti Vladimir Orliçin səfərinin dinamik şəkildə inkişaf edən
əməkdaşlığımızın genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.

Qonaq ilk növbədə Serbiya Prezidenti Aleksandar Vuçiçin salamlarını
dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə
minnətdarlığını bildirib, onun da salamlarını Serbiyanın dövlət başçısına
çatdırmağı xahiş edib.

Serbiya Milli Assambleyasının sədri ölkələrimiz arasında strateji tərəfdaşlığa
əsaslanan dostluq əlaqələrinin mövcud olduğunu deyib.

Görüşdə Azərbaycan ilə Serbiyanın daim bir-birinin ərazi bütövlüyünü və
suverenliyini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində haqlı mövqelərini
dəstəklədikləri qeyd edilib, münasibətlərimizin strateji tərəfdaşlıq
prinsiplərinə, qarşılıqlı anlaşma və qarşılıqlı hörmətə əsaslandığı, eləcə də
parlamentlərarası əlaqələrin və parlamentlərarası beynəlxalq təşkilatlarda
əməkdaşlığımızın vacibliyi vurğulanıb.

Source link