Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tunis Respublikasının
Prezidenti Kays Sayidə təbrik məktubu ünvanlayıb.
President.az
məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Tunis Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə
Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Tunis arasında dostluq və əməkdaşlıq
münasibətlərinin genişlənməsi və möhkəmlənməsi yolunda bundan sonra da birgə
səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Tunis xalqının rifahı naminə məsul
fəaliyyətinizdə uğurlar arzulayıram”.