6482a20e-5bd2-41a9-a32d-37de8f3c3f6d..jpg

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

Baxış sayı: 497 dəfə baxılıb.

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

AZƏRTAC

xəbər verir ki, dövlətimizin başçısı “Crocus City Hall” konsert zalında
törədilmiş terror aktı nəticəsində xeyli sayda insanın həlak olması ilə bağlı
öz adından və Azərbaycan xalqı adından Vladimir Putinə, Rusiya xalqına, həlak
olanların ailə üzvlərinə və yaxınlarına bir daha başsağlığı verib, bütün
yaralananların tezliklə sağalmasını arzulayıb.

Prezident İlham Əliyev Azərbaycan tərəfinin bu dəhşətli terror aktını
qətiyyətlə pislədiyini bildirərək ölkəmizin və xalqımızın bu ağır saatlarda
Rusiyanın və Rusiya xalqının yanında olduğunu qeyd edib.

Rusiya Prezidenti başsağlığına və göstərilən həmrəyliyə görə Prezident İlham
Əliyevə minnətdarlığını bildirib.

Dövlət başçıları gələcəkdə də terrorçuluğa qarşı mübarizə sahəsində birgə
səylərin davam etdiriləcəyini vurğulayıblar.

Source link