ef561bb7-b584-414d-9a36-a77dcc3bbf4f..jpg

Prezident İlham Əliyev Xankəndidə Zəfər paradında çıxış edib – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 882 dəfə baxılıb.

Prezident İlham Əliyev Xankəndidə Zəfər paradında çıxış edib – YENİLƏNİB +
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin
üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib.

AZƏRTAC

xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanıİlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və oğulları
Heydər Əliyev paradda iştirak ediblər.

Paradın görüntülərini təqdim edirik:

17:02

Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin
üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib.

AZƏRTAC

xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanıİlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və oğulları
Heydər Əliyev paradda iştirak ediblər.

Dövlətimizin başçısı paradda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

– Əziz hərbçilər, mən sizi və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə
təbrik edirəm.

Hərbçilər: Sağ ol.

Prezident İlham Əliyev: Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri
işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ
bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam
Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir.

Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki,
tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü
hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq.

Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl
Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz
ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə
mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək, biz Azərbaycanın
Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.
Xatırlayıram, beş il bundan əvvəl – 2018-ci ilin sentyabrında Bakının Azadlıq
meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək
Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda
qaldırılacaq və bu gün gəldi.

Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət,
qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovub.
Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər
parlaq Qələbə olmayıb. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər
hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Qırx
dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi
azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərib. Hər gün biz
irəli gedirdik, bir gün belə geriyə addım atmamışdıq. Düşmən ordusu Azərbaycan
Ordusunun, Silahlı Qüvvələrin peşəkarlığını, fədakarlığını görərək daha da
böyük təşvişə düşürdü və onların özlərinin etirafına görə, 44 günlük müharibə
zamanı Ermənistan ordusunda 12 min fərari olub. Azərbaycan Silahlı Qüvvələrinin
bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməyib. Bu, Azərbaycan
xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya
nümayiş etdirdi.

Şuşa əməliyyatı, təbii ki, 44 günlük Vətən müharibəsi dövründə xüsusi yerə
malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alınmaz qala sayılan
Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad
etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları
bunu göstəriblər.

İyirmi il bundan əvvəl Prezident kimi öz fəaliyyətimə başlayanda əziz xalqıma
bildirmişdim ki, biz torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazır
olmalıyıq. O vaxt hələ sülh danışıqlarına müəyyən ümidlər var idi. Ancaq illər
keçdikcə bu ümidlər tükənirdi. Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan
çıxmaq istəmirdi. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul
olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar, hesab
edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Ancaq Azərbaycan xalqı
heç vaxt bu vəziyyətlə barışmaq fikrində deyildi və mən dəfələrlə bunu müxtəlif
kürsülərdən bəyan etmişdim ki, biz bu vəziyyətlə barışmayacağıq. Azərbaycan
torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik,
danışıqlar nəticəsiz başa çatsa, güc tətbiq edərək beynəlxalq hüquq əsasında öz
doğma torpaqlarımızı döyüş meydanında işğalçılardan azad edəcəyik. Əgər
Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici
qüvvələr mənim sözlərimə qulaq assaydılar, İkinci Qarabağ müharibəsinə ehtiyac
qalmazdı. Mən dəfələrlə deyirdim, Ermənistan rəhbərliyinə müraciət edərək
deyirdim ki, əgər siz bizim torpağımızdan çıxmasanız, döyüş meydanında bizimlə
üz-üzə gələcəksiniz və sizin arxanızda kim istəyirsə, dursun, bu, bizi haqq
yolumuzdan döndərə bilməz. 44 günlük Vətən müharibəsi bunu bir daha göstərdi.

Qırx dörd gün ərzində Azərbaycana müxtəlif yerlərdən, müxtəlif paytaxtlardan
təzyiqlər göstərilirdi, təhdidlər səsləndirilirdi. Ancaq bizi haqq yolumuzdan
heç kim göndərə bilməzdi və mən Vətən müharibəsi dövründə Azərbaycan xalqına
müraciət edərək demişdim ki, düşmən bizə torpaqlarımızın azad olunmasının
tarixini versin, o zaman biz müharibəni dayandırmağa hazırıq və belə də oldu.
Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir
gün sonra kapitulyasiya aktına imza atdı, biz də müharibəni dayandırdıq. O vaxt
bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt
dayandırılması bizim şüurlu seçimimiz idi və bu gün bizim, bax, burada –
Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu
göstərir ki, nə qədər düzgün, müdrik addım idi.

O vaxt mən heç şübhə etmirdim ki, gün gələcək və burada – Xankəndi şəhərində
Azərbaycan Bayrağı qaldırılacaq. 44 günlük müharibənin 10 noyabr 2020-ci il
tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir
güllə atılmadan bizə qaytarıldı. Bu, Ermənistanın imzaladığı kapitulyasiya
aktının tərkib hissəsi idi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə
yetirməyə məcbur olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı
Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə
iradəsini görüb. Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad
edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də
döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi.

İkinci Qarabağ müharibəsindən sonra biz bir gün dayanmadan ordu quruculuğu
prosesini sürətləndirirdik və bunu gizlətmirdik. Dərhal Qarabağ bölgəsində
bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal
altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə
mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində
Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik
olduq. Nə üçün biz bunu edirdik? Çünki biz bilirdik ki, Ermənistanda revanşist
qüvvələr baş qaldırır. Biz bilirdik ki, Ermənistanın arxasında dayanan və
onları bizə qarşı hərəkətə təhrik edən xarici qüvvələr onlara yenə də
təxribatçı siqnallar verəcəklər. Ona görə biz öz sərhədimizi qorumalı idik və
keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azərbaycan-Ermənistan
sərhədində vəziyyət bizim nəzarətimizdədir. Bununla bərabər, Qarabağ bölgəsində
həyata keçirilmiş bir neçə hərbi əməliyyat bu bölgədə də əlverişli
yüksəkliklərə sahib olmaq üçün bizə şərait yaratdı. Eyni zamanda, bu
əməliyyatlar Ermənistan siyasi rəhbərliyinə də bir siqnal idi ki, siz
kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etməlisiniz və ilk
növbədə, öz silahlı qüvvələrinizi Qarabağdan çıxarmalısınız, bu, sizin
öhdəliyinizdir. Amma həyatda biz bunun əksini gördük, nəinki Ermənistan silahlı
qüvvələri çıxarılmadı, əksinə, daha çox qüvvə göndərilmişdi. O vaxt
Laçın-Xankəndi yolu hələ bizim nəzarətimizdə deyildi, silah-sursat, minalar
gətirilmişdi və Ermənistanın siyasi rəhbərliyi Qarabağdan öz silahlı
qüvvələrini çıxarmaq istəmirdi.

Son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı,
Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar bizim strateji
mövqelərimizi böyük dərəcədə yaxşılaşdırıb. Eyni zamanda, Ermənistana
göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ
Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik və siz dərhal
silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarmalısınız. Əgər o vaxt mənim
sözümə baxsaydılar, sentyabr ayında keçirilmiş antiterror əməliyyatına ehtiyac
qalmazdı. Onların bütün bəlalarının səbəbkarları elə onların özləridir.

Onların bəlaları təkcə üç il bundan əvvəl başlamayıb, hələ 1990-cı illərin
əvvəlində başlayıb. O vaxt Azərbaycanın çörəyini yemiş, Azərbaycanın suyunu
içmiş nankor kütlə Azərbaycana qarşı, bax, bu meydanda ərazi iddiası
qaldırmışdı. Bax, bu binada – Azərbaycan dövləti tərəfindən vaxtilə inşa
edilmiş binada – Azərbaycana qarşı məkrli planlar hazırlanırdı. Erməni xalqının
bəlalarının səbəbkarları Ermənistana rəhbərlik etmiş bütün şəxslərdir. Onlar
hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlayacaqlar.
Özləri buna o qədər inanmışdılar, xarici tərəfdaşları da inandırmağa
çalışırdılar ki, onların güclü orduları var, onların güclü potensialı var,
güclü himayədarları var və Azərbaycan heç vaxt torpaqları hərbi yolla azad
etməyə cürət etməyəcək. Onların dəyirmanına su tökənlər, bu gün də onların
arxasında dayanmış bəzi ölkələr bu məsuliyyəti onlarla 100 faiz bölüşürlər.

Biz isə deyirdik ki, heç vaxt bu vəziyyətlə barışmayacağıq və bunu
gizlətmirdik. Bizə nə qədər deyilmişdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin
hərbi həlli yoxdur. Mən isə deyirdim ki, sülh yolu ilə bu məsələ həll olunmasa,
bizim başqa çarəmiz qalmayacaq və 44 gün ərzində göstərdiyimiz qəhrəmanlıq,
peşəkarlıq, əfsuslar olsun ki, Ermənistan rəhbərliyinə dərs olmadı.

Sentyabr ayında keçirilmiş antiterror tədbirləri cəmi bir gün, ondan da az
çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji
yerlərə çıxaraq, qısa müddət ərzində tədbirlərin taleyini həll etdi və düşmən
ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl
bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də
süqut etdi, halbuki, bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti
bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8
Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı
və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın
istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi
bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam
bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda
separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət
edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim
igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı
bahasına biz bu Qələbəni əldə etmişdik.

Mən bir daha demək istəyirəm ki, biz 20 il ərzində bu günə doğru gedirdik,
hazırlıq işləri gedirdi, beynəlxalq hüquq müstəvisində Azərbaycan mövqeləri
möhkəmləndirilirdi. Siyasi müstəvidə apardığımız uğurlu fəaliyyət nəticəsində
bütün dünya artıq bilməyə başlamışdır ki, haqlı tərəf bizik. İqtisadi sahədə
apardığımız islahatlar imkan verdi ki, müstəqil iqtisadiyyat quraq, heç kimdən
asılı olmayaq, öz həyatımızı özümüz quraq. Güclü siyasi iradə imkan verdi ki,
müstəqil xarici siyasət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə
bizim işimizə müdaxilə etsin. Halbuki belə cəhdlər tarixdə çox olub.
Dövlətimizi, milli ləyaqətimizi, həyat tərzimizi, ənənələrimizi qorumuşuq ki,
heç kim bizim işlərimizə burnunu soxmasın.

Əlbəttə ki, ordu quruculuğu birinci nömrəli vəzifə idi. Maddi-texniki
təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması
və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi – budur,
qələbəyə aparan əsas amillər. Nə qədər sənin silahın, sursatın olsa belə, nə
qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən
əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə
hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı
müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən
keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər
və zabiti əsl qəhrəmanlıq və şücaət göstərib. Əziz şəhidlərimizin xatirəsi
bizim qəlbimizdə əbədi yaşayacaq və biz bütün dünyaya Azərbaycan xalqının
gücünü, iradəsini, əyilməz ruhunu göstərmişdik. Yəni hazırlıq işləri apararkən,
bax, biz bu günü gözləyirdik. Mən bu 20 il ərzində heç vaxt şübhə etmirdim ki,
bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi parad
keçiriləcək.

Qırx dörd günlük müharibə zamanı çoxlu xarici media nümayəndələrinə
müsahibələr verərək, təbii ki, bizim planlarımız haqqında mən danışa bilməzdim.
Halbuki, suallar, demək olar ki, təkrarlanırdı. Bir dəfə demişdim ki, Şuşasız
bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz,
Xocalısız bizim işimiz yarımçıq qalacaq. Üç il bundan əvvəl mən əmr verərək
Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarix göstərdi ki,
nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər – sentyabr ayına
qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suverenliyi tam
şəkildə bərpa edilsin. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə,
Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük
xoşbəxtlik ola bilməz – həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı
üçün, həm də bütün dünya azərbaycanlıları üçün.

Dörd il bundan əvvəl, bax, qarşıdakı Xankəndi şəhər stadionunda Ermənistanın
baş naziri çıxış edərkən təkəbbürlə demişdi: “Qarabağ Ermənistandır və nöqtə”.
Biz ona, onun kimilərinə və onların arxasında duranlara döyüş meydanında qan
tökərək, şəhidlər verərək göstərdik ki, o, səhv yolda idi. Biz göstərdik ki,
Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər
kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat edə bilməz. Ermənistan
rəhbərliyi, əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan
manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli
plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən
çox igidimiz düzülüb və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç
bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq,
siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu
bizim qədər peşəkarlıq, fədakarlıq göstərməyib. Heç bir xalq öz doğma torpağını
bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmayıb. Bunu biz hamımız yaxşı
bilirik, bunu dünya da bilsin.

Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ
bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik,
düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən
burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. Yəni biz bütün
vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu
məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və
heç kim bunu unutmasın.

Mən bir daha, əziz hərbçilər, sizi və bütün Azərbaycan xalqını Zəfər Günü
münasibətilə ürəkdən təbrik edirəm.

Hərbçilər: Sağ ol.

Prezident İlham Əliyev: Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Qarabağ
Azərbaycandır!

Hərbçilər: Qarabağ Azərbaycandır!

11:10

Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin
üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib.

AZƏRTAC

xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanıİlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və oğulları
Heydər Əliyev paradda iştirak ediblər.


Source link