5890e150-0d48-4b02-bd06-8026edbe834b..jpg

Prezident İlham Əliyevdən Ələt azad iqtisadi zonasının fəaliyyəti barədə SƏRƏNCAM

Baxış sayı: 528 dəfə baxılıb.

Prezident İlham Əliyevdən Ələt azad iqtisadi zonasının fəaliyyəti barədə
SƏRƏNCAM
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin
təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

AZƏRTAC

xəbər verir ki, sərəncama əsasən qərara alınıb:

“Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli
Fərmanının 3-cü hissəsinə əsasən, Bakı şəhəri Qaradağ rayonunun və Salyan
rayonunun inzibati ərazilərində yerləşən və Ələt azad iqtisadi zonasının
ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin bu Sərəncama əlavə olunan
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu
planında göstərilmiş, dövlət mülkiyyətinə aid 4312,56 hektar təşkil edən
hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi
zonasının səlahiyyətli qurumuna verilsin”.

Sərəncamdan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi və Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna
həvalə edilib.

Source link