ac1c209e-da53-4d30-8186-363aeef7e83e..jpg

Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir – YENİLƏNİR

Baxış sayı: 446 dəfə baxılıb.

Prezident İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir –
YENİLƏNİR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko dekabrın 24-də
Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevə zəng edib.

AZƏRTAC

xəbər verir ki, Aleksandr Lukaşenko dövlətimizin başçısını ad günü
münasibətilə təbrik edib, dövlətçilik fəaliyyətində yeni uğurlar və cansağlığı
arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını
bildirib.

Azərbaycan və Belarus prezidentləri ölkələrimiz arasında ikitərəfli dostluq
münasibətlərinin uğurlu inkişafından məmnunluqlarını bildirib, gələcəkdə
əlaqələrimizin daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.

Telefon söhbəti zamanı dövlət başçıları əməkdaşlığımızın perspektivləri ilə
bağlı fikir mübadiləsi aparıblar.

10:58

Dekabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev
Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevə zəng edib.

AZƏRTAC

xəbər verir ki, Şavkat Mirziyoyev dövlətimizin başçısına ad günü münasibətilə
təbriklərini çatdırıb, prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı
arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını
ifadə edib.

Dövlət başçıları Azərbaycan ilə Özbəkistan arasında dostluq və qardaşlıq
münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, yüksək
səviyyədə keçirilən mütəmadi görüşlərin və təmasların əməkdaşlığımızın
genişlənməsinə töhfə verdiyini qeyd ediblər.

Prezident İlham Əliyev COP29-un gələn il Azərbaycanda keçirilməsi ilə bağlı
qəbul edilmiş qərar münasibətilə Özbəkistan Prezidentinin göndərdiyi təbrik
məktubuna görə bir daha təşəkkürünü bildirib.

Öz növbəsində Özbəkistan Prezidenti bu münasibətlə dövlətimizin başçısını bir
daha təbrik edərək, bunu Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun
möhkəmlənməsinin və ölkəmizə göstərilən hörmətin təzahürü kimi dəyərləndirib.

Telefon söhbəti zamanı əlaqələrimizin perspektivləri ilə bağlı fikir
mübadiləsi aparılıb, əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əminlik ifadə
olunub, gələn il yeni təmaslar barədə danışılıb.

Source link