16001100-a679-4462-b5de-71998f6fec60..jpg

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir – YENİLƏNİB

Baxış sayı: 1. 036 dəfə baxılıb.

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kamboca Xalq Partiyasının sədri Hun Sen Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevi təbrik edib.

President.az xəbər verir ki, təbrik
məktubunda deyilir:

“Zati-aliləri.

Bu il fevralın 7-də keçirilmiş seçkidə yenidən Prezident seçilməyiniz
münasibətilə Sizi təbrik etməkdən böyük şərəf duyuram. Seçkilərdə inamlı
qələbəniz Azərbaycan xalqının Sizin müdrik liderliyinizə, xüsusilə də dövlətin
idarə olunmasında və inkişafında zəngin təcrübənizə güclü etimadının və
inamının bariz göstəricisidir.

Mən qəti şəkildə əminəm ki, Azərbaycan Respublikasının Sizin rəhbərliyinizlə
inkişafı davam edəcək, ölkəniz regional və qlobal məsələlərdə daha böyük rol
oynayacaq və bu da xalqınıza daha çox fayda gətirəcək.

Kamboca Xalq Partiyası ölkələrimiz arasında uzun müddətdir mövcud olan dostluq
münasibətlərini bütün səviyyələrdə, xüsusilə də Qoşulmama Hərəkatı
çərçivəsində, eləcə də digər ikitərəfli və çoxtərəfli formatlarda
möhkəmləndirməyə və dərinləşdirməyə böyük önəm verir.

Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm
cansağlığı, xoşbəxtlik və məsul vəzifənizdə uğurlar arzulayıram”.

15:05

Qvatemala Respublikasının Prezidenti Bernardo Arevalo Azərbaycan
Respublikasının Prezidentiİlham Əliyevi təbrik edib.

President.az xəbər verir ki,
təbrik məktubunda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə
Qvatemala xalqı, Hökuməti adından və şəxsən öz adımdan Sizə ən səmimi
təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram. Əminik ki, yeni prezidentlik
müddətində fəaliyyətiniz mövcud ənənəvi dostluq, həmrəylik və əməkdaşlıq
münasibətlərini möhkəmləndirməyə imkan yaradacaqdır.

Qvatemala ilə Azərbaycan arasında 1994-cü il noyabrın 1-də qurulmuş diplomatik
münasibətlər əməkdaşlığımızı dərinləşdirən təşəbbüslərin irəli sürülməsi kimi
ümumi maraqları müəyyənləşdirmək fürsətini yaratmışdır. Bu, Sizin
rəhbərliyinizlə qarşılıqlı fayda naminə yeni layihələrin təşviqi kimi müxtəlif
sahələr üzrə ikitərəfli, regional və çoxtərəfli gündəlikdə olan məsələlərin
həyata keçirilməsinə imkan verəcəkdir.

Fürsətdən istifadə edərək, ali dövləti fəaliyyətinizdə Sizə böyük uğurlar arzu
edir və dərin ehtiramımı bildirirəm”.

Source link