Prezident İlham Əliyevin XI Qlobal Bakı Forumundakı çıxışı dünya mediasının
diqqət mərkəzində – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı
Forumu dünya mediasının diqqət mərkəzində olub.
AZƏRTAC
xəbər verir ki, müxtəlif ölkələrin mətbu orqanlarında Azərbaycan Prezidenti
İlham Əliyevin Forumdakı çıxışından sitatlar verilib.
Rusiyanın “News.ru” nəşri Prezident İlham Əliyevin Fransanın Azərbaycanın
ərazi bütövlüyünü bərpa etməsinə qeyri-adekvat reaksiyasını pisləməsindən
yazıb. Sayt dövlətimizin başçısına istinadla qeyd edib:
“Burada beynəlxalq reaksiya haqqında danışarkən mən bir ölkənin mövqeyini
təəssüflə qeyd etməliyəm. Bu mövqe beynəlxalq ictimaiyyətin yanaşması ilə
ziddiyyət təşkil edir. Bu ölkə Fransadır”.
“Vestnik Qafqaza” agentliyi Azərbaycan Liderinin “İndi biz Ermənistanla heç
vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç
vaxt sülh bu qədər yaxın olmayıb” fikirlərini önə çıxararaq, Fransanın regionda
sülhün bərqərar olması prosesinə maneə törətdiyini vurğulayıb. Prezident İlham
Əliyevin Forumda çıxışına həsr olunmuş materialda, həmçinin bildirilir ki,
rəsmi Bakı ermənilərin birtərəfli qaydada Qarabağa qayıtmaları ilə razılaşmır.
Nə qədər ki, Makron erməni revanşizmini dəstəkləyir, Fransa vasitəçi statusuna
namizəd ola bilməz və beləliklə, Aİ-nin Azərbaycan-Ermənistan münasibətlərinin
nizamlanması prosesində iştirakı şansı azalır.
TASS, “RBK” agentlikləri, “Arqumentı i faktı”, “Lenta.ru”, “Qazeta.ru” və
digər nəşrlər Azərbaycan Prezidentinin çıxışında sülhə çağırışların olmasından
yazıblar. Dövlətimizin başçısının Azərbaycanın Qarabağ məsələsi öz həllini
tapdıqdan sonra sülh prosesini davam etdirməyə hazır olması və indi regionda
düşmənçiliyə son qoymaq vaxtının yetişməsi barədə dediklərini oxuculara
çatdırıblar.
Dövlətimizin başçısının Forumun açılış mərasimindəki çıxışı İran mətbuatının
da diqqət mərkəzində olub. Bu ölkənin “Tasnim”, İSNA, “Hayat”,
“Donya-e-eqtesad”. “Shahrarnews” saytlarında yayımlanan materiallarda
Azərbaycan Prezidentinin regionda sülh və sabitliyin yaradılması istiqamətində
iş apardığı qeyd olunur. Dövlətimizin başçısının “İndi biz Ermənistanla heç
vaxt olmadığımız qədər sülhə yaxınıq” fikrinə diqqət çəkən media qurumları
Azərbaycan Prezidentinin sülh danışıqlarını davam etdirməyə hazır olduğunu
bildirdiyini qeyd ediblər.
Məqalələrdə, eyni zamanda, diqqətə çatdırılır ki, Azərbaycan Prezidentinin
təşəbbüsü ilə keçirilən Forum rəsmi Bakının sülhməramlı niyyətindən xəbər verir.
Vurğulanır ki, Qlobal Bakı Forumu 2013-cü ildən Beynəlxalq Nizami Gəncəvi
Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Bu möhtəşəm beynəlxalq müzakirə
platformasında dünyanın 70 ölkəsindən 350-dən çox nümayəndə iştirak edir.
Onların arasında tanınmış siyasi, mədəniyyət, elm xadimləri var. Forumun işinə
80-dən çox sabiq prezident və Baş nazir qatılıb.
Forumda dünyanı narahat edən problemlər və onlardan çıxış yolları müzakirə
olunur. Müasir dövrdə geosiyasi gərginliyin artdığı bir zamanda belə tədbirlər
olduqca əhəmiyyətlidir.
Prezident İlham Əliyevin XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı
Ukraynanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
“TCN.ua”, “Antikor”, “Yevropeyska Pravda”, “Kurs Ukraini”, “Pravda”, “Ren.tv”,
“Ukr.net” və digər xəbər saytlarında dərc olunan məqalələrdə dövlətimizin
başçısının Forumun açılışındakı çıxışında Ermənistanla sülh danışıqlarına dair
fikirləri yer alıb. Prezident İlham Əliyevin sitatına istinadla qeyd edilib ki,
indi Azərbaycan Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxındır. “Cənubi
Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci
Qarabağ müharibəsinin nəticəsidir”, – deyə məqalələrdə Azərbaycan Prezidentinin
fikirlərinə istinadla vurğulanıb.
Daha sonra dövlətimizin başçısının fikirlərinə istinadla qeyd olunub ki, Bakı
İrəvanla sülh prosesini davam etdirməyə hazırdır. Hər iki ölkənin xarici işlər
nazirləri səviyyəsində görüşlər bərpa olunub. Azərbaycan sülhün əldə olunmasını
istəyir. Azərbaycan tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib. Bu regionda
düşmənçiliyə son qoymağın vaxtı çatıb.
Bundan başqa qardaş Türkiyə mediasında da Prezident İlham Əliyevin Forumun
açılış mərasimində söylədiyi fikirlərə geniş yer verilib.
Anadolu Agentliyi, “TRT”, “Hürriyet”, “Haber Türk”, “Haber Global”,
“Sondakika.com”, “Akşam” və bir sıra digər media qurumları dövlətimizin
başçısının fikirləri əsasında informasiyalar hazırlayıblar.
Anadolu Agentliyində dərc olunan xəbərdə Azərbaycan Prezidentinin bu fikirləri
yer alıb: “İndi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq.
Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb”.
Azərbaycan Prezidentinin çıxışının geniş işıqlandırıldığı xəbərdə dövlətimizin
başçısına istinadla qeyd edilib: “Sonuncu antiterror əməliyyatı zamanı bizim
ağır texnika və zirehli maşınlar da daxil olmaqla məhv edilmiş və qənimət
olaraq götürülmüş hərbi sursatların dəyəri bir milyard dollara yaxın olmuşdur.
İkinci Qarabağ müharibəsi zamanı hərbi qənimətlər və məhv edilmiş texnikanın,
sursatın dəyəri 5 milyard dollara yaxın idi”, “Biz tarixi ədaləti və beynəlxalq
hüququ bərpa etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib”.
Eyni zamanda, Prezident İlham Əliyevin tədbir iştirakçılarına Fransanın
Azərbaycana qarşı mövqeyi, sanksiya cəhdləri və Evian şəhərində Natəvanın
heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə məlumat verdiyi bildirilib.
“TRT” Azərbaycan Prezidentinin çıxışına dair xəbəri “Aliyev: Cənubi Qafqazda
sülh bu qədər yaxın olmamışdır” sərlövhəsi ilə yayımlayıb.
Xəbərdə Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsinə aparan proseslər,
bundan sonra həyata keçirilən antiterror tədbirləri, Azərbaycan torpaqlarının
çoxillik işğalından sonra azad olunması ilə tarixi ədalətin bərpası, bu
istiqamətdə uzun illər davam edən uğursuz danışıqlar prosesi, hazırda
Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğu kimi fikirlər yer alıb.
Məqalənin “Fransanın bütün səyləri boşa çıxdı” yarımbaşlıqlı hissəsində
dövlətimizin başçısının fikirlərinə istinadən Fransanın Azərbaycana qarşı
nümayiş etdirdiyi qərəzli mövqedən, bu ölkədə Natəvanın heykəlinə qarşı
törədilmiş vandalizm aktı və hazırda abidənin Azərbaycanın Mədəniyyət
Mərkəzinin həyətinə yerləşdirilməsindən bəhs edilib.
“Hürriyet” qəzetində dərc olunan “Əliyevdən sülh mesajı” sərlövhəli yazıda
dövlətimizin başçısına istinadla Azərbaycanın sülh prosesini davam etdirməyə
hazır olduğu vurğulanıb, “Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində
görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə nail olmaq mümkündür. Biz
bunu istəyirik”, “…indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib” kimi
fikirlər oxucuların diqqətinə çatdırılıb.
Məqalə “Sülhə daha yaxınıq”, “Düşmənçiliyə son verməyin vaxtı yetişib”,
“Fransaya reaksiya” adlı yarımbaşlıqlarla yayımlanıb.
Qeyd olunub ki, Azərbaycan Prezidenti 1990-cı illərin əvvəllərində Fransa ilə
Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini, Fransa
hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına
reaksiyasının tamamilə qeyri-adekvat olduğunu bildirib.
“Haber Türk” saytında yayımlanan xəbərdə Prezident İlham Əliyevin XI Qlobal
Bakı Forumundakı çıxışı zamanı hazırda Azərbaycanın Ermənistanla sülhə heç vaxt
görünmədiyi qədər yaxın olduğu, Cənubi Qafqazda bərpa edilən ədalət, İkinci
Qarabağ müharibəsi, antiterror əməliyyatı, İkinci Qarabağ müharibəsində
götürülmüş hərbi qənimətlər, onların dəyərinin beş milyard ABŞ dollarına yaxın
olması, rəsmi Bakının regionda ədavətə son qoymaq, sülhə nail olmaq
istiqamətində göstərdiyi səylər, Fransanın ölkəmizə qarşı qərəzli münasibəti
kimi mövzulara toxunduğu bildirilib.
“Haber Global”, “Sondakika.com”, “Akşam” saytlarında Anadolu Agentliyinə
istinadla dərc olunan yazılarda dövlətimizin başçısının İkinci Qarabağ
müharibəsi, bu dövrə qədər uzun illər davam edən danışıqlar prosesi, antiterror
tədbirləri, Azərbaycan torpaqlarının uzun illər işğal altında qalması, bölgədə
tarixi ədalətin bərpası, Fransada Natəvanın heykəlinə qarşı törədilmiş
vandalizm aktı ilə bağlı fikirlər yer alıb.
“Ekonomim”, “İHA” və “Beyaz gəzet” portalları isə Azərbaycan Prezidentinin bu
fikirlərini oxuculara çatdırıblar: “Bizim ərazi bütövlüyümüzün bərpasına
gəldikdə, Fransa öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa
çalışır”, “İndi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib”, “Biz 2020-ci
ilin sentyabr-noyabr aylarında onlara dərs vermək məcburiyyətində olduq və
düşündük ki, bu dərs onlara kifayət edəcək”, “Hər iki ölkənin xarici işlər
nazirləri səviyyəsində görüşlər bərpa olunub və indi biz düşünürük ki, sülhə
nail olmaq mümkündür. Biz bunu istəyirik”, “…çünki 1990-cı illərin əvvəlindən
Azərbaycan və Fransa arasında münasibətlər müsbət istiqamətdə inkişaf edib”,
“Lakin Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror
əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu” və sair.
XI Qlobal Bakı Forumunun ilk günü Türkiyənin televiziya kanallarında da geniş
işıqlandırılıb.
Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışı, həmçinin
Gürcüstanın aparıcı informasiya portallarının, radio və televiziyalarının
diqqət mərkəzində olub.
“İnterpressnews.ge”, “1tv.ge”, “realnews.ge”, “24news.ge”, “interpress.ge”,
“radiotavisupleba.ge”, “ambebi.ge”, “newshub.ge” portallarının yaydığı
materiallarda Azərbaycan Prezidentinin Qlobal Bakı Forumu, Ermənistanla sülh
müqaviləsinin əhəmiyyəti və imkanlarla bağlı fikirləri yer alıb.
“İnterpressnews.ge” portalı Prezident İlham Əliyevin bu fikirlərinə diqqət
çəkib: “İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq. Cənubi
Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci
Qarabağ müharibəsinin nəticəsidir”.
Yazıda, həmçinin bildirilib ki, Azərbaycan Ermənistanla sülh danışıqlarını
davam etdirməyə hazırdır, çünki regionda qeyri-sabitliyə son qoymağın vaxtı
yetişib.
“1tv.ge” ictimai televiziyasının yaydığı məlumatda isə deyilir: “Azərbaycanın
ərazi bütövlüyü və suverenliyinin bərpası həll olunmaz görünən münaqişələrin
həlli üçün çoxlu müsbət nəticələr verəcək”. Qeyd edilib ki, Cənubi Qafqaz
regionunda baş verən dəyişikliklər yerli xarakterli görünə bilər, lakin,
əslində, onların daha geniş nəticələri var, çünki son bir ildə əsas geosiyasi
dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası olub.
“Bu, həll olunmayan kimi görünən münaqişələrin həlli üçün bir model olaraq
istifadə edilə bilər. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu
qədər yaxın olmayıb. Bu, İkinci Qarabağ müharibəsinin nəticəsidir”, – deyə
məlumatda vurğulanıb.
“RealNews.ge” portalı Azərbaycan Prezidentindən sitat gətirərək yazır ki,
Fransada Natəvanın heykəlinə qarşı vandalizm aktı ikili standartların
nümayişidir.
AZƏRTAC
neçə ay sərf etməli olduq ki, həmin abidəni (Natəvanın vandalizm aktına məruz
qalmış heykəlini – red.) Eviandan götürüb Azərbaycanın Mədəniyyət Mərkəzinin
həyətinə gətirib orada yerləşdirək. Hazırda Natəvanın abidəsi oradadır.
Dövlətimizin başçısının çıxışına istinadla deyilir: “Bu, suverenliyimizi bərpa
etdikdən sonra üzləşdiklərimizin bir nümunəsidir. Bu, ikili standartların
göstəricisidir”.
Fransanın Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün hərbi
qüvvələrini göndərməsi ilə bağlı bəyanatına toxunan Prezident İlham Əliyev
vurğulayıb ki, Fransa öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı
cəzalandırmağa çalışır.
Digər portalların Azərbaycan, gürcü və rus dillərində yaydıqları materiallarda
ölkəmizin sülh çağırışları, dünya iqtisadiyyatına, mədəniyyətinə verdiyi
töhfələr, eyni zamanda, Ermənistanla sülh müqaviləsinin imzalanması, regionda
sülhün və sabitliyin bərpa olunması üçün gördüyü işlər barədə oxuculara
məlumatlar verilir.
Qeyd edək ki, XI Qlobal Bakı Forumuna dair materiallar, həmçinin Misir və
Mərakeş portallarında da yayımlanıb.