“İqlim dəyişmələri bütün qitələrin ölkələrinə təsir edir, ancaq inkişaf
etməkdə olan kiçik ada dövlətləri bu təsirlərə daha həssasdır. Bu, qlobal
miqyasda insanların yaşayışına mənfi təsir göstərir və Dayanıqlı İnkişaf
Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişə mane olur.
Burada Azərbaycan da istisna deyil. Biz hər il çaylarımızda suyun səviyyəsinin
azaldığını, Xəzər dənizinin isə səviyyəsinin düşdüyünü görürük. Azərbaycan da
su qıtlığı ilə də üzləşib”.
AZƏRTAC
xəbər verir ki, bu fikirlər Prezidentİlham Əliyevin Bakıda keçirilən
COP-öncəsi tədbirinin iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı, həmçinin qeyd edib:
“Azərbaycan bu çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır.
Biz milli səviyyədə “təmiz ətraf mühit və yaşıl inkişaf” sosial-iqtisadi
prioritetimizi uğurla icra edirik. Azərbaycan 2024-cü ili “Yaşıl dünya naminə
həmrəylik ili” elan edib.
Zəngin külək və Günəş enerjisi potensialımız bizə bərpaolunan enerji
gündəliyini inkişaf etdirməyə imkan verir. “Yaşıl enerji” zonaları elan edilmiş
işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kifayət qədər bərpaolunan
enerji mənbələrinə malikdir”.